
ABŞ senatoru Kris Merfi Rusiyaya qarşı yeni sanksiyanın mümkünlüyü barədə danışıb.
Gununsesi.info xəbər verir ki, o, bu sanksiyanın Konqresdə “seçkilərə müdaxilə” ilə bağlı aparılan araşdırmanın nəticəsindən asılı olacağını bildirib. Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Merfi yeni sanksiyanın Obama dövründə qəbul edilənlərdən fərqlənəcəyini qeyd edib.
Qeyd edək ki, Rusiya ABŞ-dakı prezident seçkilərinə kiber müdaxiləsi barədə ittihamları qəti şəkildə təkzib edir.
Gununsesi.info