ABŞ Rusiyaya PUA verən İranı belə cəzalandırdı

ABŞ Maliyyə Nazirliyi İrandan Rusiyaya pilotsuz təyyarələr tədarük edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Ukraynaya qarşı PUA-ların alınması və istifadəsi ilə məşğul olan “Wagner PMC” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib.

HTML tutorial

“Bu gün ABŞ Xəzinədarlığı İranın dron istehsalçılarına sanksiya tətbiq edir – “Shahed Aviation Industries Research Center”; Rusiyaya pilotsuz təyyarələr göndərən şirkətlər “Success Aviation Services FZC” və “i Jet Global DMCC”; Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan şitkət “Wagner PMC””, – deyə o qeyd edib.

Eyni zamanda, səfir vurğulayıb ki, sanksiyaların bütün zəncirə şamil olunması vacibdir: işlənmə və istehsaldan tutmuş, İran pilotsuz təyyarələrinin alınmasına və istifadəsinə qədər.

Markarova əlavə edib ki, sanksiyalar PUA-ların Rusiyaya ötürülməsində iştirak edən bütün beynəlxalq şirkətlərə şamil edilir: “Çox vacib olanı, ABŞ Maliyyə Nazirliyi və ABŞ Ticarət Departamenti açıqlamalar verdi – şirkətlərə bu növ qeyri-qanuni fəaliyyətlə məşğul olmamaq üçün xəbərdarlıq etdi”.

Gununsesi.info