ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayacaq – Tarix bəlli oldu

  • By admin
  • 22 Fevral 2024 11:48

ABŞ cümə günü Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

“Cümə günü elan edəcəyimiz sanksiyalar Ukraynanın işğalının ikinci idönümü və Navalnının ölümü ilə bağlı olacaq. Cümə günü nə edəcəyimiz barədə çox təfərrüata varmaq istəmirəm, ancaq ciddi sanksiyalar paketi olacaq.

Biz həmişə Rusiya hərbi maşınının qarşısını almaq, Rusiya hərbi sənaye kompleksini onun istifadə etdiyi komponentlərdən təmizləmək və iştirak edənləri məsuliyyətə cəlb etmək üçün əlavə yollar axtarırıq”, – Miller bildirib.

Gununsesi.info