Birləşmiş Ştatlar noyabrın 2-də Moskvanın Ukraynada apardığı müharibəyə görə Rusiya üzərinə geniş sanksiyalar elan edib.
Gununsesi.info xəbər verir ki, yeni sanksiyalar Rusiyanın gələcək enerji qabiliyyətini, Ukraynada istifadə etdiyi dronları, ümumilikdə yüzlərlə vahid və fərdi hədəfləyir.
ABŞ-ın son sanksiyalarının hədəflərindən biri də Sibirdəki Arctic-2 LNG kimi tanınan nəhəng layihənin inkişaf etdirilməsində, rəhbərliyində və sahibliyində təmsil olunan vahid və fərdlərdir. Bu layihənin qlobal bazarlara maye qaz ixrac etməsi gözlənilir.
Arctic LNG 2 layihəsi üzərinə sanksiyalar qoymaqla ABŞ Rusiyanın hətta gələcək enerji istehsalını hədəfləyir. Ekspertlər bildirirlər ki, bu layihə əsaslı şəkildə Qərb texnologiyalarından asılıdır.
Özü maye qazın ən böyük istehsalçılarından sayılan ABŞ həm də Rusiya maye qazının Avropaya mümkün ixracını əngəlləməyə çalışır.
Daha ətraflı oxumaq üçün biodakı linkə keçid edin.
Gununsesi.info