ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

  • By ilhame
  • 01 Dekabr 2023 21:20

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, bu siyahıya üç Rusiya şirkəti və üç tanker daxildir.

 

Qeyd olunur ki, Liberiya bayrağı altında “HS Atlantica”, “NS Champion” və “Viktor Bakaev” tankerləri sanksiyalara məruz qalıb.

Gununsesi.info