ABŞ, Rusiyaya qarşı sanksiyalara riayət etməyən qurumları ifşa edənlərə mükafat təyin edib

Rusiyanın iqtisadiyyatı boğulur və artıq Putinin ətrafında olan oliqarxlar bunu açıq etiraf etməkdədirlər(misal üçün Deripaska).

ABŞ bir çox sahələrdə Rusiyaya qarşı sanksiyaları tətbiq etdi və hal-hazırda əsas diqqət başqa ölkələrin Rusiyaya qarşı sanksiyalara riayət etməsinə yönəlib.

HTML tutorial

Monitorinqlə ABŞ-ın bir neçə qurumu məşğuldur(Mərkəzi Kəşfiyyat İdarəsi daxil olmaqla).

Bilavasitə monitorinqi həyata keçirən qurum FinCEN-dir(Financial Crimes Enforcement Network, maliyyə cinayətlərlə mübarizə agentliyi). Bu sahədə ABŞ-ın 25 ən peşəkar prokuroru müvafiq vəzifələrə təyin olundu və fantastik nəticələr verən qərar qəbul olundu:Rusiyaya sanskiyalardan yayınmağa kömək edən şirkətləri(qurumları) ifşa edən şəxslərə yüksək məbləğdə mükafat təyin olunub. Fantastik nəticələr ondan ibarətdir ki, son 2 il ərzində(2021, 2022) informatorlar tərəfində FinCEN-ə 100-ə yaxın siqnal verilmişdi. Eyni sayda siqnal 2023-cü ilin yanvar ayı ərzində verildi.

ABŞ-ın müvafiq qurumları xəbər verir ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən əsas ölkələr Çin, Türkiyə, Ermənistan, Özbəkistan, BƏƏ və Belarusdur.

Gununsesi.info