
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger helikopter qəzası nəticəsində 14 hərbçimizin şəhid olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində məlumat verilib:
“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”.
Gununsesi.info