ABŞ səfiri Azərbaycandan haçan gedəcəyindən danışdı - “AİLƏMLƏ BİRGƏ MÜTLƏQ YENƏ GƏLƏCƏYİK"

  • By admin
  • 26 Mart 2018 15:34

Azərbaycanda fəaliyyətim müddətində yadda qalan hallardan biri Azərbaycan və ABŞ arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsidir. Diplomatik sahədə nə qədər iş görülsə də həmişə əlaqələri genişləndirmək üçün imkanlar var”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O səfirlik missiyasının bitməsindən də söz açıb. “Hər bir ailə üzvümüz Azərbaycanı sevib və biz mütləq qaydada başqa bir qisimdə ailəmlə birgə gələcəyik. 3 il ərzində ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs olaraq bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır”.

Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: “Görüləsi işlər çoxur. Baxıb götür-qoy edib hansı işlərlə məşğul olmaq mümkündürsə onunla məşğul olacağam”.

Qeyd edək ki, Robert Sekuta martın sonlarında səfirlik missiyasının bitməsi ilə əlaqədar Azərbaycanı tərk edəcək.

Gununsesi.info