“ABŞ səfirliyi sərhəd təhlükəsizliyini təmin etmək üçün Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq edir. Səfir Litzenberger ABŞ Müdafiə Nazirliyi tərəfindən Astarada təqdim edilmiş aşkarlama və görüntüləmə avadanlıqları ilə tanış olmaq üçün Dövlət Gömrük Komitəsinin General-Mayoru Cavad Qasımovla görüşdə olub”.
Bu barədə Gununsesi.info-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən verilən məlumatda deyilir:
“ABŞ səfirinin Astara sərhəd-keçid məntəqəsində səfər zamanı tanış olduğu avadanlıqların dəyəri 30 milyon ABŞ dollarından artıqdır. ABŞ Xəzər dənizində insan alveri, sərhəd təhlükəsizliyi və dəniz təhlükəsizliyi ilə mübarizədə Azərbaycanla tərəfdaşdır. X-ray skanerləri kimi təqdim etdiyimiz avadanlıqlardan istifadə etməklə Azərbaycan, öz enerji infrastrukturunu qorumaqla yanaşı narkotik və kütləvi qırğın silahlarının qaçaqmalçılarının qarşısını almaq imkanlarını genişləndirirəcək”.
Gununsesi.info