ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

  • By admin
  • 17 Fevral 2022 17:57

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

XİN-də səfirə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar çərçivəsində Rusiyanın ABŞ-ın məktubuna cavabının təqdim olunacağı bildirilir.

Rusiyanın XİN başçısı Sergey Lavrov daha əvvəl bildirmişdi ki, Moskva bir neçə saat sonra təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a öz cavabını göndərəcək.

 

Gununsesi.info