ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

XİN-də səfirə ABŞ-nin üç qeyri-kommersiya təşkilatının “arzuolunmaz” elan edildiyi barədə məlumat verilib.

Həmçinin Treysiyə sözügedən təşkilatlara istənilən yardımı dayandırmağı tələb edən nota təqdim olunub.

 

 

Gununsesi.info