ABŞ səfiri təcili Türkiyə XİN-ə çağırıldı – DİPLOMATİK GƏRGİNLİK

  • By arzu
  • 13 Dekabr 2019

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Amerika Senatının 1915-ci il hadisələriylə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, XİN rəhbərinin müavini Sedat Önal səfirə Senatda qəbul edilən qondarma erməni soyqırımı ilə bağlı qərara qarşı ölkəsinin sərt reaksiyasını çatdırıb.

Sözügedən qərarla bağlı ABŞ-ın Ankaradakı səfirliyi gün ərzində verdiyi açıqlamada Amerika hökumətinin mövqeyinin dəyişmədiyini və bu baxışların Prezident Donald Trampın aprel ayındakı çıxışında əks olunduğunu bildirib.

Xatırladaq ki, Tramp 1915-ci il hadisələri ilə bağlı aprelin 24-dəki çıxışında erməni dilində “böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsini işlətmişdi.

Gununsesi.org