ABŞ səfiri Zelenskinin ofis rəhbəri ilə  görüşdü

ABŞ-ın Kiyevdəki fövqəladə və səlahiyyətli səfiri Bridcet Brink Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri tviter səhifəsində məlumat verib.

HTML tutorial

“ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinklə görüşdüm. Səfirə hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumat verdim.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstək üçün ABŞ-a təşəkkür etdim”, – deyə Yermak yazıb.

Gununsesi.info