Böyük Britaniya və Amerika səfirlərindən şəhidlərimizə ehtiram

  • By admin
  • 27 Sentyabr 2021 15:32

İkinci Qarabağ Müharibəsinin Anım günü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger xalqımıza başsağlığı verib.

Gununsesi.info-nun xəbərinə görə, ABŞ səfiri müharibədə həlak olan şəhidlərimizin xatirəsinə hörmətini ifadə edib:

“Qarabağ münaqişəsində həyatını itirənlərə rəhmət diləyir, ailələrinə başsağlığı veririk.”

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp da şəhidlərimizə ehtiramını ifadə edib:

“27 sentyabr-Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq, ailələrinə və yaxınlarına başsağlığı verirəm.”

Gununsesi.info