ABŞ səfirindən sanksiya İSMARIŞI

“Sanksiyalar çox mühüm alətdir və gördüyümüz kimi, Rusiyaya münasibətdə çox təsirli ola bilər”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Kelli Deqnan deyib.

HTML tutorial

Amerikalı səfirə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin saytında dərc edilmiş, sanksiyaya məruz qalmamış və 15 nəfərdən 12-si Gürcüstan vətəndaşı olan şəxslərin və onların arasında Bidzina İvanişvilinində yer aldığı siyahı ilə bağlı verilən suala belə cavab verib:

“Bu barədə məlumatım yoxdur, lakin sanksiyalar ümumilikdə mühüm alətdir. Mən deyə bilərəm ki, sanksiyalar çox mühüm alətdir və çox təsirli ola bilər, bunu Rusiyada gördük və görməyə davam edəcəyik, çünki dünyanın Rusiyaya tətbiq etdiyi sanksiyalar gələcəkdə öz təsirini göstərəcək. Birləşmiş Ştatlar sanksiyalar tətbiq olunana qədər əvvəlcədən elan etmir”.

Gununsesi.info