ABŞ-ın Azərbaycandakı Səfirliyi İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyətinin bərpa olunmasıilə bağlı qərarı alqışlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin rəsmi internet saytında məlumat yerləşdirilib.
“Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Azərbaycan Vəkillər Kollegiyasının insan hüquqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın vəzifələrinə bərpa olunması barədə qərarını alqışlayır. Dünyadakı demokratik ölkələrdə insan hüquqları üzrə vəkillər insan hüquqları, demokratiya və qanunun aliliyinin qorunmasında mühüm rol oynayırlar. Xanım Hümbətova, Cavadova və başqa saysız-hesabsız vəkillərin cəsarətli səyləri sayəsində həssas cəmiyyətlər və sadə vətəndaşlar hüquqi təmsilçiliyi təmin edilir”,- deyə açıqlamada qeyd olunub.