ABŞ səfirliyi Azərbaycan – Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Azərbaycan – Ermənistan sərhədindəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.

“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Yerasx yaxınlığında baş verən insidentlərdən narahatdır”, – deyə açıqlamada yazılıb.

HTML tutorial

Səfirlik hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa, danışıqların bərpası üçün imkan yaratmağa çağırıb.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Son sutkada da Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı atışma zamanı hər tərəfdən bir nəfərin yaralandığı bildirilib.

Gununsesi.info