ABŞ -ın Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Azərbaycan hərbçilərinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”, – məlumatda qeyd olunub.