ABŞ səfirliyi Bəxtiyar Hacıyevı çıxarılan hökmdən məyus olub

  • By admin
  • 14 Yanvar 2025 13:39

Amerika Birləşmiş Ştatları (ABŞ) ictimai fəal Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından “dərin məyusluq hissi” keçirir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında yazılıb.

 

“Biz ardıcıl olaraq Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”, – deyə səfirlik bildirir.

İctimai fəal Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsilib. Üstəlik, onun paytaxtın Yasamal rayonu, Zərdabi küçəsindəki mənzili, Beynəlxalq Bankda olan hesabındakı pulu müsadirə edilib. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarıb.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarıyla B.Hacıyev Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergidən yayınma) və 221-ci (xuliqanlıq) maddələriylə təqsirli bilinib. Saxta sənəd, məhkəməyə sayqısızlıq və başqa ittihamlara isə məsuliyyətə cəlbetmə müddətinin keçdiyi əsas gətirilməklə xitam verilib.

 

Afət Abbasova

Gununsesi.info