ABŞ səfirliyi Bakıda tədbirlərini təxirə salınmasına münasibət bildirdi

ABŞ səfirliyi Bakıda tədbirlərini təxirə salmasına münasibət bildirdi

Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyi bu ölkənin universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda “Marriott Absheron” otelində keçirilməsi planlaşdırılan görüşü təxirə salıb.

Bu, BakuTV, Qafqazinfo saytında bu görüşlə bağlı bir sıra iddiaların yer aldığı məlumatların yayılmasından sonra baş verib. Həmin iddialarda tədbir “ABŞ-nin Bakıdakı agenturası ilə görüşü” kimi təqdim edilirdi.

Son ittiham və görüşə münasibət bildirən ABŞ səfirliyi Turan-ın sorğusuna cavabında tədbirin yenidən planlaşdırmağı səbirsizliklə gözlədiyini açıqlayıb.

Səfirliyin açıqlamasını daha ətraflı səhifəmizin bio-sunda yerləşdirdiyimiz linkdən oxuya bilərisiniz.

 

Gununsesi.info