ABŞ səfirliyi Hafiz Babalının həbsinə belə reaksiya verdi

  • By admin
  • 15 Dekabr 2023 00:15

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi araşdırmaçı jurnalist Hafiz Babalının həbsinə münasibət bildirib.

Səfirliyin açıqlamasına görə, ABŞ Hafiz Babalının həbsindən, eləcə də son zamanlar jurnalistlərin müşahidə edilən saxlanması tendensiyasından çox narahatdır:

“Biz Azərbaycan hökumətini, ifadə və mətbuat azadlığı daxil olmaqla, fundamental azdlıqlardan yararlanan hər kəsin hüquqlarına hörmətlə yanaşmağa çağırırıq”.

Dekabrın 14-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Hafiz Babalı barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verilib.

Gununsesi.info