ABŞ səfirliyi incəsənət tədbirində yenidən emalı və ətraf mühitin mühafizəsini təbliğ edir -FOTO

ABŞ-nin Bakıdakı səfirliyi, Ali & Nino kitab mağazaları və səfirliyin “Green Team” komandası ilə birgə təşkil etdiyi tədbirdə istifadə olunmuş plastik butulkalardan hazırlanmış Milad ağacının quraşdırılması ənənəsini davam etdirib.

Tədbirdə ABŞ səfirliyinin əməkdaşları və ailələri, Bakı Amerika Mərkəzinin “Green” Klubu, 20 nömrəli Məktəb Liseyi, və Oxbridge Akademiyasından şagirdlər iştirak etmişdir.

İştirakçılar öz bədii istedadlarını və müxtəlif yenidən emal olunan materiallardan hazırlanmış sənətkarlıq əsərlərini nümayiş etdiriblər. Ən yaxşı dizayn müəllifi olan uşaqlar səfirliyin “Green Team”i və Ali & Nino kitab mağazalarından mükafatlar qazandılar, Ali və Nino kitab mağazaları şəbəkəsinin baş direktoru və təsisçisi Nigar Köçərli dedi: “Biz Ali & Nino kitab mağazalarında ABŞ səfirliyinin ətraf mühitin mühafizəsi təşəbbüsünə qoşulmaqdan çox şadıq.

Paulo Koelyonun dediyi kimi: “Dünya sizin nümunənizlə dəyişir. Sizin fikrinizlə deyil”.

Gununsesi.info