ABŞ Səfirliyi lider tələbələr üçün SUSI akademik proqramını açıq elan edib

  • By admin
  • 25 Oktyabr 2022 23:28

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi bakalavr səviyyəsində oxuyan tələbələrə lider tələbələr üçün “Study of the U.S. Institutes (SUSI)” proqramını açıq elan edib.

Gununsesi.info bildir ki, SUSI Proqramında iştirak üçün  noyabrın 15-dək müraciət etmək olar.

Səfirliyin açıqladığı məlumatda bildirilir ki, SUSI Birləşmiş Ştatları daha dərindən anlamaq üçün nəzərdə tutulmuş beş-altı həftəlik akademik proqramdır və iştirakçıların liderlik, komanda işi və ünsiyyət bacarıqlarını artırır.

“SUSI tələbələri ABŞ universitetində dörd həftəlik müddətdə interaktiv akademik proqramlaşdırma, liderlik seminarları və icma xidməti ilə məşğul olur, ABŞ-nin müxtəlif regionlarından birinə bir həftəlik təhsil səfərində iştirak edirlər,” səfirliyin məlumatında bildirilir.

Səfirlik bildirib ki, SUSI on Civic Engagement “mövzu kontekstində iştirakçıların ABŞ tarixi, hökuməti, institutları, cəmiyyəti və mədəniyyəti haqqında biliklərini artıracaq”.

“İştirakçılar həmçinin demokratiyada vətəndaşların məsuliyyətlərini araşdıra biləcək, vətəndaş hüquqları hərəkatları, sosial ədalət, gender bərabərliyi, icma quruculuğu, gənclərin fəallığı, avtoritarizmdən müdafiə olunmaqla demokratiyanın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarına hörməti təşviq etmək, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə və könüllülüyün cəmiyyətdəki rolunu öyrənəcək. İnstitut həmçinin diqqəti ABŞ-ın tarixi hadisələri ilə yanaşı, müasir Amerika həyatına, o cümlədən plüralist cəmiyyətdə mövcud siyasi, sosial və iqtisadi müzakirələrə yönəldəcək,” məlumatda qeyd edilir.

 

Gununsesi.info