ABŞ səfirliyi Qüdsə nə vaxt köçəcək?- TARİX AÇIQLANDI

ABŞ səfirliyi Qüdsə nə vaxt köçəcək?

ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Qüdsə köçürüləcəyi tarixi açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Dövlət Departamenti köçürmənin 2018-ci ilin may ayında baş tutacağı barədə məlumat yayıb.

Səfirliyin İsrail Dövlətinin 70-illiyi ilə eyni tarixdə açılacağı qeyd olunur.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Gununsesi.info

COMMENTS