ABŞ səfirliyi Ülvi Həsənlinin həbsinə münasibət bildirib

  • By admin
  • 21 Noyabr 2023 17:36

“Jurnalist Ülvi Həsənlinin həbsi və həbsdə olan fiziki zorakılıq iddiaları bizi dərindən narahat edir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji  Abzasmedia.org saytının rəhbəri Ülvi Həsənlinin həbsini Gununsesi.info-ya şərh edərkən deyib.

Amerikalı diplomat, həmçinin, əlavə edib: “Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarını, o cümlədən ifadə azadlığını qorumağa çağırırıq”.

 

Gununsesi.info