ABŞ səfirliyi yaxınlığında partlayış oldu

ABŞ-ın İraqın paytaxtı Bağdadda yerləşən səfirliyinin yaxınlığına iki ədəd raket düşüb.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə informasiya yoxdur.

Hücuma məsuliyyəti heç bir terror qruplaşması hələ ki, öz üzərinə götürməyib.

Gununsesi.org