ABŞ səfirliyində “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd edilib - FOTOLAR

Səfir Litzenberqerin iqamətgahında Birləşmiş Krallığın Azərbaycandakı səfiri Şarpın da iştirakı ilə Əsrin Müqaviləsinin 25 illiyi qeyd edilib.
Ziyafətdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Hari Cons, enerji sahəsi üzrə ekspertlər, diplomatik missiya nümayəndələri, dövlət məmurları bir araya gəlib.
Qonaqları salamlayarkən səfir Litzenberger Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həmçinin sabitlik ixrac edən ölkə olduğunu və Avropa Birliyinin, Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyinə mühim strateji töhfələrin veridiyini vurğuladı. Səfir güclü, suveren və müstəqil Azərbaycanın regionda sabitliyin lövbəri olduğunu deyib.
Gunay
Gununsesi.org