ABŞ səfirliyindən Azərbaycana başsağlığı

“Biz bu gün azərbaycanlıların kədərini paylaşır və həlak olanları yad edirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilir.

HTML tutorial

“Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq. Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq.1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik”, – paylaşımda qeyd olunub.

Gununsesi.info