ABŞ-ın Azərbaycandakı səfirliyi ölkənin sabiq dövlət katibi Henri Kissincerin vəfatı ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, paylaşım səfirliyin rəsmi feysbuk səhifəsində yer alıb.
“Henri Kissincer 1938-ci ildə 15 yaşında faşist Almaniyasından ABŞ-a qaçıb. İki prezident yanında dövlət katibi vəzifəsində çalışaraq, o tarixi dəyişdirən çoxsaylı qərarlar qəbul etmişdir. Sözün hər mənasında dövlət xadimi olan canab Kissincer Amerikaya xidmət etmək borcunu və arzusunu hər zaman hiss edirdi”, – deyə qeyd olunub.
Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. O, Konnektikutdakı evində dünyasını dəyişib. Siyasətçinin dəfn yeri və tarixi hələlik açıqlanmayıb. Dövlət Departamentinin keçmiş rəhbərinin ölümü ilə bağlı məlumatı özünün təsis etdiyi “Kissinger Associates” konsaltinq şirkəti də təsdiq edib.
Gununsesi.info