ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın iki gün ərzində Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq dərc edib.
Gununsesi.info xəbər verur ki, səfirlik Rusiya paytaxtında izdihamlı yerlərə getməkdən çəkinməyə çağırıb.
“Səfirlik ekstremistlərin Moskvada izdihamlı yerləri, o cümlədən konsertləri hədəfə almaq planları barədə məlumatları araşdırır. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində izdihamlı yerlərə getməmək tövsiyə olunur”, – xəbərdarlıqda deyilir.
Gununsesi.info