ABŞ səfirliyindən seçki bəyanatı

  • By admin
  • 08 Fevral 2024 22:17

Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür”.

Gununsesi.info bildirir ki, bu bəyanatla ABŞ-ın Azərbaycandakı səfirliyi çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. “Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”.

 

İlhamə