ABŞ səfirliyinin əməkdaşı Bakıda qəzaya düşdü

  • By admin
  • 30 May 2017 13:30

1490860900-6634

Bu gün səhər saatlarında Bakıda qəza baş verib.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb.

Hadisə nəticəsində “Volvo”nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Gununsesi.info