“ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi Yaxın Şərqdəki ABŞ hərbçilərinin həyatını təhlükəyə ata, sülh prosesinə maneə törədə bilər”.
Gununsesi.info-nun “AA”-na istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentin sözçüsü Con Kirbi deyib. Onun fikrincə, səfirliyin yerinin dəyişdirilməsi yaxşı ideya deyil: “Bu, ümumi danışıqlar prosesinə də müsbət təqsir etməyəcək”.
Qeyd edək ki, Dövlət Departamenti bu açıqlamanı yeni seçilmiş prezident Donald Trampın ABŞ səfirliyini Qüdsə köçürəcəyi barədə bəyanatından sonra verib. Artıq respublikaçı senatorlar səfirliyin köçürülməsi və Qüdsün İsrail paytaxtı kimi tanınmasına dair təklif irəli sürüblər, bununla bağlı qanun layihəsi hazırlayıblar.
Gununsesi.info