Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 1 milyard dollar dəyərində hərbi helikopterlər və əlaqəli avadanlıqlara texniki dəstək və təlim xidmətlərinin satışını təsdiqləyib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, potensial satış paketinə Səudiyyə Ərəbistanı Kral Quru Qoşunları Aviasiya Korpusunun helikopter donanması üçün ehtiyat hissələri, təmir komponentləri və aviasiya təlim xidmətləri daxildir.
Pentaqonun ayrı-ayrı açıqlamalarında vurğulanıb ki, satış Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətinin gücləndirilməsinə və mövcud helikopter parkının operativ fəaliyyətinin təmin edilməsinə yönəlib.
Günay













