ABŞ səfirliyinə qumbara atılıb

  • By admin
  • 22 Fevral 2018 09:54
ABŞ-ın Monteneqrodakı səfirliyinin binası yaxınlığında partlayış baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə əlaqədar səfirliyin binasına bütün girişlər bağlanıb. Partlayış nəticəsində dəymiş ziyan barədə məlumat yoxdur.
İlkin məlumata görə, partlayışı törədən şəxs əvvəlcə paytaxt Podqoritsada yerləşən səfirliyin ərazisinə bir neçə əl qumbarası atıb, sonra isə özünü partladıb.
Gununsesi.info