Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.
“Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu”, – məlumatda belə deyilir.
Silahlı Qüvvələrin bu növ kateri sonuncu dəfə Qara dəniz ərazisinə 2008-ci ildə daxil olmuşdu.