ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil oldu

  • By admin
  • 27 Aprel 2021 21:12

ABŞ-ın Hamilton Sahil Mühafizəsinin kateri “NATO üzrə müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq məqsədilə” Qara dənizə daxil olub.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.

“Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu”, – məlumatda belə deyilir.

Silahlı Qüvvələrin bu növ kateri sonuncu dəfə Qara dəniz ərazisinə 2008-ci ildə daxil olmuşdu.

Gununsesi.info