ABŞ sakinləri “Black Friday” günü onlayn alış-verişə 7,4 milyard dollar xərcləyiblər

  • By admin
  • 01 Dekabr 2019 12:07

ABŞ sakinləri “Black Friday” günü onlayn alış-veriş mağazalarında 7,4 milyard dollar xərcləyiblər.

Gununsesi.org-un məlumatına görə, bu barədə “CNBC” teleşirkəti “Adobe Analytics”in statistik məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, builki göstəricilər ötən ilki göstəriciləri 1 milyard dollardan artıq üstələyir – 2018-ci ildə “Black Friday” günü ABŞ vətəndaşları 6,22 milayrd dollar xərcləmişdi. Bu vəsaitlərdən təxminən 2 milyard dolları smartfonlar vasitəsi ilə alış-verişə xərclənmişdi, amma cari il bu göstərici 2,9 milyard dollara bərabər olub.

 

Gununsesi.org