ABŞ Sakit okeanda ilk dəfə hipersəs raketini sınaqdan keçirib.
Gununsesi.info xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrindən yayılan açıqlamada Quam adasında B-52 döyüş təyyarələrinin hipersəs raketləri atdığı qeyd edilib.
ABŞ-ın öz materikindən kənarda keçirdiyi ilk hipersəs raket sınağı bu sahədəki rəqibləri olan Rusiya və Çini qorxutmaq kimi təsvir edilib.
Hərbi ekspertlərin fikrincə, Çin nüvə başlıqları da daşıya bilən hipersəs raket texnologiyası üzrə ABŞ-ı geridə qoyub.
Rusiya da hipersəs raket sınaqlarını, xüsusən də Ukraynada müharibə başlayandan bəri sürətləndirib.
Şimali Koreya da bu həftə hipersəs raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.
Yüksək sürətinə görə aşkarlanması çox çətin olan hipersonik raketlər manevr dəyişdirmə qabiliyyəti ilə də diqqət çəkir.
Gununsesi.info