Rusiya iqtisadi elitasının nümayəndələri Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin hazırladıqları sanksiyaların altına düşəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
“Biz sanksiyaya məruz qalacaq Rusiya iqtisadi elitalarının siyahılarını tərtib edirik… Bu, prezident Putinin ətrafındakı insanlara təsir edəcək”, – deyə Sullivan qeyd edib.
Sullivan, həmçinin bildirib ki, Rusiya istənilən gün Ukraynaya müdaxilə edə bilər.
Gununsesi.info