ABŞ seçkiləri Türkiyəyə necə təsir edəcək?

ABŞ yeni prezidentini seçdi. Tramp və Kamalanın seçilməsi Türkiyə üçün önəmlidir. İki ölkə arasında bir sıra mühüm məsələlər həllini gözləyir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki8, Tramp prezident olduğu ilk müddətdə 5 dəfə Türkiyəyə sanksiya tətbiq etməyə çalışıb.

Co Baydenin namizədi Kamala Harrisin vəzifəyə gəlməsi nəticəsində Türkiyə ilə münasibətlərin daha yaxşı olacağı ilə bağlı fikirlər ön plana çıxır.

Ekspertlər Harrisin kabinetində çalışacağı gözlənilən adların Ankara ilə münasibətlərə təsir edə biləcəyini vurğulayıb. Bu adlar arasında Harrisin milli təhlükəsizlik üzrə müşaviri Fil Qordon da var. Ancaq hər iki namizədin seçki öncəsi siyasi diskurslarına nəzər saldıqda münasibətlərin gələcəyini proqnozlaşdırmaq çətindir və keçmişə nəzər salaraq bəzi şərhlər verilir.

Orxan Saffari

Gununsesi.info