ABŞ Senatı dünən səhər saatlarında İsrailə 14,1 milyard dollarlıq dəstək paketini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, qanun layihəsinin qəbulu aylarla davam edən çətin danışıqlardan və ABŞ-ın xaricdəki rolu ilə bağlı Respublikaçılar Partiyası daxilində artan siyasi fikir ayrılıqlarından sonra gəlib.
Səsvermədə 70 senator “lehinə”, 29 senator isə “əleyhinə” səs verib.
Yardım paketinə Ukraynaya “Rusiyaya qarşı mübarizəsini dəstəkləmək üçün” 60 milyard dollar, İsrailə “təhlükəsizliyə yardım göstərmək üçün” 14 milyard dollar və Tayvana və Hind-Sakit okean regionunda ABŞ-ın digər müttəfiqlərinə dəstək üçün 8 milyard dollar daxildir.
Senat tərəfindən təsdiqlənən paket təsdiq üçün Nümayəndələr Palatasına təqdim ediləcək.
ABŞ prezidenti Co Baydenin paketi imzalaması və qanuna çevrilməsi üçün paket Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.
Gununsesi.info