ABŞ Senatı Ukraynaya yardımla bağlı layihəni dəstəklədi

  • By admin
  • 13 Fevral 2024 15:42

ABŞ Senatı Ukraynaya dəstək üçün 60 milyard dolları özündə əks etdirən qanun layihəsinə səs verib.

Gununsesi.info xəbər verir ki, Ukrayna, İsrail, Tayvana yardım və humanitar yardım üçün vəsaiti birləşdirən qanun layihəsi senatorlardan 60-dan çox lazımi səs toplayıb.

Xatırladaq ki, ilkin layihə respublikaçılar tərəfindən əngəlləndikdən sonra layihə həssas cənub sərhədi məsələsinə aid hissəsi olmadan nəzərdən keçirilir.

Bir gün əvvəl ABŞ Senatı Ukraynaya dəstək üçün vəsaiti ehtiva edən paket qanun layihəsinin mətni ilə bağlı müzakirələrin dayandırılmasına səs verib.

Bununla belə, bazar günü səsvermədən əvvəl Donald Tramp da ABŞ-ın kredit şəklində başqa ölkələrə yardımının davam etdirilməsinin əleyhinə çıxış edib.

Gununsesi.info