ABŞ Senatında çoxluğun lideri İsraildə yeni seçkilərə çağırdı

  • By admin
  • 15 Mart 2024 08:59

ABŞ Senatında çoxluğun lideri, demokrat Çak Şumer İsrailin baş naziri Benyamin Netanyahunun 7 oktyabrdan sonra prosesi düzgün idarə etmədiyini deyib.

Gununsesi.info xəbər verir ki, Senatda çıxış edən Şumer İsrailin baş naziri Netanyahuya və onun döyüş kabinetinə hücum edərək, yeni seçkilərə çağırıb.

ABŞ-da yüksək rəsmi vəzifə tutan yəhudi kimi qələmə verilən siyasətçi çıxışında hər zaman İsrailin dostu olduğunu və həmişə İsrailin xeyrinə məsələlər qaldırdığını vurğulayıb.

O, Netanyahu administrasiyasının 7 oktyabrdan sonra çoxlu səhvlərə yol verdiyini və müharibə kabinetinin vəziyyəti yaxşı idarə edə bilmədiyini qeyd edib.

Şumer qeyd edib ki, Netanyahunun məhkəmə islahatlarında da uğursuzluğu olub: “İsrail firona çevrilsə, sağ qalmayacaq”. Ömrü boyu İsraili dəstəkləyən biri kimi deyirəm ki, Netanyahunun koalisiyası 7 oktyabrdan sonra artıq İsrailin ehtiyaclarını ödəmir”.

Qəzzada törədilən terror aktlarından sonra dünyanın problemə baxışının xeyli dəyişdiyini qeyd edən Şumer İsrail xalqının “keçmişdə ilişib qalan” Netanyahu hökumətinin hərəkətləri səbəbindən “boğulduğunu” bildirib.

Netanyahu hökumətinin iki dövlət həllindən əl çəkməsinin böyük səhv olduğunu vurğulayan Şumer girovların azad edilməsi və humanitar yardımların sürətlə çatdırılmasını tələb edərək, müzakirəçiləri Qəzzada atəşkəsi təmin etməyə çağırıb.

Demokrat Qəzzada müvəqqəti atəşkəsi dəstəklədiyini, lakin iki dövlətli həll yolunda 4 maneənin olduğunu bildirib: B”u maneələr Netanyahu, Mahmud Abbas, Həmas və onun Fələstinli tərəfdarları və İsrailin ifrat sağçılarıdır”.

 

Gununsesi.info