ABŞ Şimali Koreya ilə müharibə istəmir – Nikki Haley

  • By admin
  • 20 Aprel 2017 12:30

unnamed (3)

“Şimali Koreyanın müharibənin baş verməsini istəmədiyimizi bilməsini istəyirik, buna görə də bizi buna məcbur etməyin”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli mətbuata açıqlamasında belə deyib.

Belə ki, N. Heyli Şimali Koreyanın raket sınaqları səbəbiylə artan gərginliyin dayandırılmasının bu ölkənin istəyinə bağlı olduğunu söyləyib: “Artıq bununla bağlı Şimali Koreyaya xəbərdarlıq edilib. Şimali Koreyanın müharibənin baş verməsini istəmədiyimizi bilməsini istəyirik, buna görə də bizi buna məcbur etməyin. Hazırda top onların meydanındadır və onlar bu nöqtədə oyun-oynamağa çalışmamalıdırlar” -, deyə Nikki Heyli bildirib.

Anar
Gununsesi.info