ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

  • By admin
  • 20 Noyabr 2017 23:15


Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq”, deyə Tramp bildirib.

Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya.

 

Gununsesi.info