ABŞ Şimali Koreyaya qarşı ölkə lideri Kem Çen Inın qardaşı Kim Çen Namın qətlə yetirilməsi zamanı kimyəvi silahdan istifadəyə görə sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: “Bu sanksiyalar Şimali Koreyanın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş ABŞ-da mövcud olan bütün sanksiyaları tamamlayır. Sanksiyalar 2018-ci il martın 5-də Federal reyestrdə dərc edildiyi andan qüvvəyə minib”.
Qeyd edilir ki, 22 fevral ABŞ-da müəyyən edilib ki, Şimali Koreya hökuməti Kuala-Lumpur hava limanında Kim Çen Namın qətlə yetirilməsi zamanı “VX” kimyəvi maddədən istifadə edib.
Gununsesi.info