ABŞ Slovakiyada “Patriot” zenit-raket kompleksi yerləşdirəcək.
Gununsesi.info bildirir ki, bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
ABŞ müdafiə naziri Lloyd Ostin yaxın günlərdə ABŞ ordusu ilə birlikdə “Patriot” raket sisteminin Slovakiyaya göndəriləcəyini bildirib .
“Yerləşdirmənin müddəti hələ müəyyən edilməyib, çünki biz daimi qərarlar üzrə Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk”, – Ostin bildirib.
Pentaqonun məlumatına görə, bu qərar Bratislava özünün “S-300” zenit-raket kompleksinin Kiyevə təhvil verildiyini elan etdikdən sonra verilib.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, “Patriot” sisteminin Slovakiyada müvəqqəti yerləşdirilməsi ölkənin hava hücumundan müdafiə sistemini dəstəkləmək məqsədi daşıyır və NATO-nun şərq cinahını gücləndirmək, qaçırma və müdafiə imkanlarını təkmilləşdirmək üçün genişmiqyaslı səylərin tərkib hissəsidir.
Gununsesi.info