
ABŞ bu ayın əvvəlində Suriyada baş vermiş “kimyəvi hücuma” cavab olaraq Suriya hökumət agentliyinin bir sıra rəsmi şəxslərinə qarşı “genişmiqyaslı” sanksiyalar tətbiq edib.
Xəzinədarlıq departamenti Suriya Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin (SSRC) 271 əməkdaşının ABŞ-dakı bütün aktivlərinin dondurulması barədə göstəriş verib.
Bazar ertəsi yayımlanan bəyanatda bildirilib ki, bu 271 əməkdaş kütləvi qırğın silahlarının hazırlanması və inkişaf etdirilməsində ittiham edilir.
Sanksiyalara əsasən, Amerika vətəndaşlarına bu şəxslərlə hər hansı sövdələşmə etmək qadağandır.
Xəzinədarlıq Katibi Steven Mnuchin deyib ki, “bu genişmiqyaslı sanksiyalar Suriya diktatoru Bəşər Əsədin günahsız mülki kişi, qadın və uşaqlara qarşı dəhşətli kimyəvi silah hücumuna elmi dəstək verən mərkəzi əhatə edir”.
ABŞ hesab edir ki, üsyançıların nəzarət etdiyi Xan Şeyxun şəhərində 80 nəfərdən çox insanın ölümünə səbəb “kimyəvi silah” olub. Suriya hakimiyyəti hadisəni uydurma adlandırır.
Suriya prezidenti Bəşər Əsəd Qərbi aprelin 4-də Xan Şeyxunda baş verən hadisələri ABŞ hakimiyyətinin Suriyanın Şeyr endirməsi üçün bəhanə olaraq uydurmaqda ittiham edib.
Şahidlər Xan Şeyxuna hərbi təyyarələrinin hücum etdiyini deyirlər, lakin Suriyanın müttəfiqi Rusiya bildirib ki, zəhərli qazlar hökumət qüvvələrinin zərbəsinə məruz qalmış qiyamçı silah anbarlarından sızıb.
Hadisə yerində çəkilən görüntülərdə təngnəfəs insanların (onların çoxu uşaqdır) ağzında köpüyün əmələ gəlməsini görmək olar.
Kimyəvi Silahların Qadağan olunması təşkilatı (OPCW) sübutların ilkin baxış əsasında bəyan edibdeyib ki, kimyəvi hücum ittihamları “həqiqətə uyğundur”.
Suriyanın vətəndaş müharibəsində 300 mindən artıq adam həlak olub, milyonlarla insan isə qaçmağa məcbur olub. (bbc.com)
Gununsesi.info