“ABŞ Suriyada hakimiyyət qurur” - LAVROV

  • By admin
  • 20 Yanvar 2018 09:15

ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaradır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

“ABŞ-ın Suriyanın böyük bir hissəsində alternativ hakimiyyət orqanları yaratması danılmaz faktdır. Bu, rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə ziddir, о сümlədən BMT Təhlükəsizlik Şurasında. Bu olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Reks Tillerson dəfələrlə mənə deyib ki, yeganə məqsəd İŞİD-i məğlub etməkdir. İndi isə planların daha geniş olduğu aydın olur”, deyə S.Lavrov qeyd edib.

Gununsesi.info